Birinci Divizionda ayın ən yaxşı qolu seçildi FOTOLAR+VİDEO

14:14 - 28 Oktyabr 2016

Peşəkar Futbol Liqasının layihəsi olan “I Divizionda ayın ən yaxşı qolu” nominasiyasında ilk qalib müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, jurnalistlər və azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən, “Şəmkir”in futbolçusu Qeyrət Qənbərovun “Zaqatala”nın qapısından keçirdiyi top sentyabr ayının ən yaxşı qolu seçilib.

 

Pul mükafatını (500 AZN)  və xüsusi hədiyyəni bu gün keçirilən “Şəmkir” – MOİK oyunundan öncə Peşəkar Futbol Liqasının Texniki İdman Departamentinin rəisi Zamiq Hüseynov təqdim edib. Öz növbəsində Şəmkir Rayon İcra Hakimiyyəti də fərqlənmiş oyunçunu mükafatlandırıb. Futbolçu  hədiyyəni icra başçısı Alimpaşa Məmmədovun adından I müavin Qüdrət Əliyevdən alıb.


Qeyd edək ki, PFL bu oyuna jurnalistlərin səfərini də təşkil edib.

 

 

 

Xəbər xətti