Klub kömək istədi, cəmi bir azarkeş dəstək oldu FOTO

16:13 - 28 Oktyabr 2016

Türkiyə PTT I Liqasında mübarizə aparan "Eskişehirspor" klubu yeni stadionunun həyəcanını yaşayır.

 

Sportal.az xəbər verir ki, inşası başa çatan stadionda son tamamlama və təmizlik işləri gedir. Arenanın bazar günü "Bandırmaspor"la keçiriləcək matça hazır olması üçün klub rəhbərliyi səylərini davam etdirir.

 

Klub rəhbərliyi işlərin tez yekunlaşması üçün sosial şəbəkədə elan verib və azarkeşlərdən kömək istəyiblər. Klubun bu istəyini isə cəmi bir nəfər yerinə yetirib. Ali Erginer adlı azarkeş səhər tezdən Atatürk stadionuna gələrək işçilərlə birlikdə çalışmağa başlayıb.

 

Qeyd edək ki, Eskişehir Atatürk stadionunun oktyabrın 30-u I Liqanın 9-cu turu çərçəvəsində keçiriləcək "Eskişehirspor" - "Bandırmaspor" oyununda açılışının olacağı planlaşdırılır.

 

ali-erginer-ic1-28-10

Xəbər xətti