Ser Aleks Fergüsson: "Liverpul" çempionluğa ən real namizəddi"

17:33 - 28 Oktyabr 2016

"Mançester Yunayted"in əfsanavi baş məşqçisi Ser Aleks Fergüsson İngiltərə Premyer Liqasını dəyərləndirib.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis "Liverpul"un çempionluq yarışında şanslı olduğunu bildirib. Şotlandiyalı çalışdırıcı "qırmızılar"ın alman baş məşqçisi Yurgen Kloppun ünvanına təriflər səsləndirib:

 

"Klopp "Liverpul"un yenidən çempionluq xəyalı qurmasını təmin etdi. 20 ildir tez-tez baş məşqçi dəyişirdilər. Hazırda "Liverpul"un bir komanda adına sahib olduğunu görə bilərik. Klopp özünü qələbələr qazanmağa alışıdırıb. 

 

Mənim fikrimcə "Liverpul" çempionluğa ən real namizəddi. Bu vəziyyət məni narahat edir. Çünki,"Mançester Yunayted" azarkeşlərinin istəyəcəyi son şey "Liverpul"un onları keçməsidir".

Xəbər xətti