"Real"ı və İtaliya millisini çalışdırmaq arzularımın sırasındadı"

18:54 - 28 Oktyabr 2016

İtaliya yığmasının sabiq müdafiəçisi Fabio Kannavaro məşqçiliklə bağlı arzularını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, hazırda Çinin “Tyanzin Sunzyan” klubunu çalışdıran keçmiş futbolçunun hədəfləri böyükdü. Ölkəsinin mətbuatına danışan Kannavaro məşqçilik karyerası ərzində “Real” klubu və İtaliya yığmasını çalışdırmaq istədiyini bildirib:

 

“Real”ı və İtaliya millisini çalışdırmaq arzularımın sırasındadı. Qarşına böyük hədəflər qoymalısan. Əks təqdirdə, məşqçilik karyerasına başlamağın əbəsdi. Mənim də yüksək hədəflərim var”.

 

Qeyd edək ki, Kannavaro çalışdırdığı "Tyanzin Sunzyan" klubunu Çinin ikinci liqasından yüksək liqaya çıxarmağı bacarıb.

Xəbər xətti