Samir Abasov: "Neftçi" ilə bizi müqayisə etməyin"

18:12 - 30 Oktyabr 2016

Azərbaycan Premyer Liqasının X turu çərçivəsində keçirilən "İnter" - "Sumqayıt" matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Sportal.az Futbol11.az saytına istinadən xəbər verir ki, qarşılaşmadan sonra qonaqların baş məşqçisi Samir Abasov məğlubiyyəti şərh edib.
 
"Tez qol vurduq, tez də müdafiəyə oturduq. Bundan sonra səhvlər edib, qapımızda 3 qol gördük. Bəzi futbolçular özünü doğrultmur. Ötən oyun yaxşı çıxış edən Yusif Nəbiyev "İnter"lə oyunu məni açmadı. Qarşılaşmaya ciddi hazırlaşmışdıq. Ancaq alınmadı. Yavaş-yavaş yolumuza davam edəcəyik. Nəyi bacarırıqsa, onu da edəcəyik. Qarşımıza böyük hədəflər də qoyulmayıb ki, məğlubiyyəti fəlakət hesab edək".
 
Samir Abasov məğlubiyyətə görə futbolçuları cəzalandırmaq istəmir: "Bundan əvvəl Xəyal Nəcəfovu əvəzedici komandaya göndərmişdik. "Qəbələ" ilə oyunda daha yaxşı çıxış etdi. "Neftçi" ilə bizi müqayisə etməyin. Keçən dəfə aparıcı deyir ki, bu heyətlə nəsə etmək olmaz. Onda bir çönüb bizə də baxsınlar. Camaat xaricdən legioner gətirir. Biz isə klubların "dubl"undan futbolçu alırıq. Mən futbolçuları əvəzediciyə göndərsəm, komandada kim qalacaq?"

Xəbər xətti