13 oyuna 90 qol buraxan komanda çempionatdan qovuldu

15:39 - 31 Oktyabr 2016

Rumıniyanın II liqasında mübarizə aparan "Şoimi Pankota” klubu çempionatdan uzaqlaşdırılıb.

 

Sportal.az xəbər verir ki, bu barədə qərarı Rumıniya Futbol Federasiyası qəbul edib. Buna səbəb kimi, komandanın hər oyunda rəqibləri tərəfindən darmdağın olunmasıdır. "Şoimi Pankota” keçirdiyi 13 oyunda qapısında 90 qol görüb. 
 
Komandanın ən böyük hesablı məlğubiyyətləri isə 0:14, 0:16 və 0:18 olub. 90 qol buraxan komanda rəqib qapıçıları cəmi 1 dəfə məyus edib.

 

Xəbər xətti