AZAL "Qəbələ" ilə matça ciddi itki ilə çıxacaq

16:54 - 31 Oktyabr 2016

Azərbaycan Premyer Liqasının XI turunda öz meydanında "Qəbələ"ni qəbul edəcək AZAL ciddi itki ilə üzləşib.
 
Sportal.az
xəbər verir ki, "AZAL Arena"da baş tutacaq qarşılaşmada baş məşqçi Tərlan Əhmədov komandanın aparıcı futbolçusu Tural Hümbətovun xidmətindən istifadə edə bilməyəcək. 
 
Buna səbəb gənc müdafiəçinin cəzalı duruma düşməsidir. 22 yaşlı mərkəz müdafiəçisi Premyer Liqanın X turunda AZAL - "Qarabağ" (0:1) oyununda sarı vərəqə ilə cəzalanıb. Mövsüm ərzində 4-cü "sarı”sını alan futbolçu "Qəbələ"ylə görüşü buraxmalı olacaq.

 

Qeyd edək ki, AZAL - "Qəbələ" matçı 6 noyabr saat 14:00-da start götürəcək.

Xəbər xətti