Rusiya klubundan xərçəng xəstələrinə dəstək

18:21 - 3 Noyabr 2016

Rusiya Premyer Liqasında mübarizə aparan "Ural” klubunun rəhbərliyi alqışalayiq qərar qəbul edib.

 

Sportal.az xəbər verir ki, Ural təmsilçisi ölkə çempionatının qarşıdakı turlarında öz meydanında keçirəcəyi 2 oyunda bilet satışından gələn gəliri klubun büdcəsinə əlavə etməyəcək.  
 
Belə ki, klub əldə edəcəyi gəliri xeyriyyə işlərinə sərf edəcək. Gəlirin xərçəng xəstəliyindən əziyyət çəkənlərə yardım fondunun hesabına köçürüləcəyi açıqlanıb.  
 
Qeyd edək ki, "Ural” klubu hazrda Rusiya Premyer Liqasının autsayder komandalarındandı. Komanda çempionatda keçirdiyi 12 oyunda cəmi 9 xal toplayıb və turnir cədəlində 16 komanda arasında 13-cü pillədə qərarlaşıb. 

Xəbər xətti