Tərlan Əhmədov: "Məni özümdən çıxaran futbolçuma qarşı ana söyüşü oldu" MÜSAHİBƏ

16:39 - 6 Noyabr 2016

Azərbaycan Premyer Liqasının XI turu çərçivəsində keçirilən AZAL - "Qəbələ" matçı qolsuz başa çatdı.

 

Sportal.az Futbol11.az saytına istinadən xəbər verir ki, qarşılaşmadan sonra bakılıların baş məşqçisi Tərlan Əhmədov oyunu şərh edib:
 
- Bizim üçün ağır olacağını bilirdik. Həm zədəli, həm də cəzalı futbolçularımız var idi. Heyətlə bağlı problemlərimiz yetərincədi. Komandam əzmkar mübarizə apardı. Müdafiədə oturduq ki, sürətli əks-hücumlarda rəqibi cəzalandıraq. "Qəbələ" çox güclü komandadı. Futbolçularım səhvsiz oynadı. Amma yenə də hücum xəttində olan problemimiz olduğu kimi qalır. Bu gün məcburiyyətdən müdafiə oynadıq.

 

- İki futbolçunuzun baş-başa gəlməsinə münasibətiniz necədi?
- Hər halda kişi kollektividi. İki baş məşqçi arasında söz-söhbət gedirsə, deməli, oyunda hər an deyişmə ola bilər. Bilirdim ki, bu sual mənə veriləcək. Amma bu, olmamalı idi. Olubsa da, buna əlac tapmalıyıq. Bu, bizim daxili işimizdi.

 

- İlk dəfə idi ki, siz rəqibin baş məşqçisi ilə söz davasına çıxırdız...
- Mən heç vaxt demirəm ki, "sındırın!". Özüm də futbolçu olmuşam. Hər futbolçu çörəyi ayağı ilə qazanır. Onların ailəsini də düşünmək lazımdı. Mən tarix boyu belə söz demərəm. Sadəcə, aqressiv oynamaq lazımdı. Çünki futbolun tələbi budur. Məni özümdən çıxaran futbolçuma qarşı ana söyüşü oldu. Mən də Ukraynada oynamışam. Ukraynanın ən sərt məşqçisinin rəhbərliyi altında oynamışam. O, bizlə danışanda ehtiyatla danışırdı. Qeyrətin "Qarabağ"la oyunda ayağı sınmışdı. Amma biz səs salmadıq. "Neftçi"nin əvəzedicilərin oyununda Edunun ayağını sındırdılar. Deyirlər ki, Avroliqada çıxış edən komandaya qarşı ehtiyatlı oynayın. Bəs, rəqabət? Mən Qrioqçrukun söyüşünü qəbul edə bilmədim.
 

- Qriqorçuku da özündən çıxaran İlqar Ələkbərovun Ozobiçi vurması oldu... 
- Oyunun hakimi var. "Qırmızı" versəydi, nə deyəcəkdim? Oyundan sonra futbolçulara çox şey demirəm. Ceyhun Həşimovu ona görə gətirmişik ki, həftədə bir dəfə futbolçulara qaydaları izah etsin. Oyunun atmosferi başqa olur. Liderdən xal alırıqsa, deməli, bizə alqış düşür. Penalti epizodunda dinmədim. Bildim ki, Əliyar Ağayev epizoda daha yaxın idi.
 
- Hakimlər də son turlarda yüksək idarəçiliyi ilə yadda qalmır. Məsələn, dünən keçiririlən "Neftçi" - "İnter" matçında qeydə alınan penalti qərarı. Siz belə bir penaltidə istifadə edərdiz? 
- Vallah, bizim son yerdə getməyimizin səbəbi bəlkə də hakimin ilk turdakı səhvləri oldu. Dünənki oyuna baxdım. Bilsəm ki, həqiqətən penalti yoxdu, futbolçumdan topu qapıdan kənara vurulmasını tələb edərəm. Yadınızdadırsa, "Karvan" - MOİK matçında təyin olunan penaltini kənara vurmuşdum. Bu, o vaxtkı baş məşqçimiz Yunis Hüseynovun göstərişi idi. İstəməzdim ki, hakim səhvləri olsun. İndi belə edirlərsə, gör qarşıda bizləri nələr gözləyir.

Xəbər xətti