"Sumqayıt"da 2 yeni futbolçu

16:14 - 11 Noyabr 2016

Növbəti turda "Neftçi" ilə qarşılaşacaq "Sumqayıt" fasiləsiz olaraq hazırlığını davam etdirir.

 

Sportal.az xəbər verir ki, komanda bu gün səhər saatlarında "Kapital Bank Arena"da növbəti məşqini keçirib. Yusif Nəbiyev və Xəyal Nəcəfov U-21 millisinin düşərgəsində olduğu üçün hazırlıqda iştirak etməyib. Əvəzedicilərdən isə 2 futbolçu - Orxan Məsdanov və Tural Bayramlı əsas komandaya qatılıb.

 

Xatırladaq ki, Azərbaycan milli komandasının oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edən "Sumqayıt" noyabrın 13-də "İnter"lə səfərdə yoxlama oyunu keçirəcək. Qarşılaşma saat 15.30-da "İnter Arena" staionunda baş tutacaq.

Xəbər xətti