Hakimə etiraz edərkən aşiq oldu, evləndi

Yaşıl meydanlarda daha əvvəl qeydə alınmamış hadisə Türkiyə futbolunda yaşanıb.
 
Sportal.az xəbər verir ki, həvəskarlar liqasında çıxış edən Ali Babaigid adlı futbolçu yan xətt hakimi ilə evlənib.
 
Maraqlısı ondadır ki, futbolçu xanım hakimlə oyun zamanı tanış olub. Belə ki, Ali oyundankənar vəziyyətə düşəndə yan xətt hakiminə etiraz edib. Etiraz zamanı isə o, xanıma aşiq olub. Oyunda tanış olan cütlük sonradan ailə qurublar.

 

Tarix: 12 Noyabr [00:29]
Oxunub: 493 dəfə
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Yanvar 2017
19  Yanvar 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio