"Zirə" 6 qolla qalib gəldi

18:08 - 12 Noyabr 2016

Milli komandanın oyunu ilə əlaqədar yaranan fasilədə "Zirə" yoxlama oyununda qüvvəsini sınayıb.

 

Sportal.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda "qartallar" komandanın əvəzedici heyəti ilə üz-üzə gəlib. Oyun əsas komandanın qələbəsi ilə yekunlaşıb - 6:0.

 

İlk yarıda Sezar Meza Kolli və Adil Nağıyev fərqləniblər. Fasilədən sonra Cavid Tağıyev əsas komandanın üstünlüyünü üç topa çatdırıb. Bundan sonra daha üç qol vurulub. Nurlan Novruzov dubla imza atdıqdan sonra Yasin Həmid də fərqlənib.

 

Xəbər xətti