Meneceri açıqladı: "Yuventus"la görüşməmişik"

18:34 - 13 Noyabr 2016

PSJ-nin aparıcı üzvlərindən olan Tiaqo Silvanın meneceri futbolçusunun gələcək karyerası ilə bağlı açıqlamalar verib.

 

Sportal.az xəbər verir ki, Paolu Tonietto 32 yaşlı müdafiəçini transfer etmək istəyən "Yuventus"la heç bir danışıq aparmadığını bildirib. "Tuttomercato"ya açıqlama verən menecer Sİlvanın PSJ ilə müqavilə uzada biləcəyini deyib:

 

"Bəzi məsələlərə açıqlama gətirməliyəm. Çünki, futbolçumun PSJ ilə 2017-ci ilədək müqaviləsi var. Növbəti mövsüm də PSJ Çempionlar Liqasında mübarizə aparsa müqaviləni uzadacıq.

 

Tiaqo çox klub tərəfindən istənilən futbolçudu. "Yuventus" da bu klublardan biridi. Buna baxmayaraq bu günədək "Yuventus"la görüşməmişik".

Xəbər xətti