İspaniya yığmasından möhtəşəm fləşmob VİDEO

12:04 - 16 Noyabr 2016

İspaniya yığmasının futbolçuları İngiltərə ilə keçirilən yoxlama oyunundan sonra fləşmobda iştirak ediblər.

 

Sportal.az xəbər verir ki, yığma üzvləri “Mannequin Challenge” fləşmobunu nümayiş etdiriblər. Bu fləşmobun xüsusiyyəti ondan ibarətdi ki, çəkiliş zamanı hər kəs donmuş vəziyyətdə qalır.


İspaniya ilə İngiltərə arasında keçirilən oyun 2:2 hesabı ilə başa çatıb. İngiltərə millisinin heyətində qol vuran Ceymi Vardi və onun komanda yoldaşları qol sevincini “Mannequin Challenge” fləşmobunu nümayiş etdirərək qeyd ediblər.

 

 

Xəbər xətti