"Borussiya"da ciddi itki

14:53 - 21 Noyabr 2016

Almaniya Bundesliqasının son turunda “Bavariya”ya qalib gələn (1:0) “Borussiya” ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, Dortmund təmsilçisinin qolkiperi Roman Bürki sıradan çıxıb. İsveçrəli qapıçı “Bavariya” ilə oyunun gedişində zədələnib. Matçdan sonrakı müayinədə Bürkinin əlinin qırıldığı məlum olub.

 

25 yaşlı qolkiper azı 2 ay yaşıl meydanlardan kənarda qalacaq.


Xatırladaq ki, Bürki “Bavariya”ya qarşı oyunun gedişində zədələnsə də, 90 dəqiqə meydanda olub.

 

Xəbər xətti