AZAL rəsmisini vuran 17 yaşlı futbolçuya ağır cəza verildi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, 21 noyabr 2016-cı il Bakcell U-17 Liqasında “İnter” PİK - AZAL PFK matçının 37-ci dəqiqəsində “İnter” PİK klubunun 5 №-li futbolçusu Bayram Paşazadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb (maddə 37.1).

 

Oyun başa çatdıqdan sonra “İnter” PİK klubunun 9 №-li futbolçusu Riad Abbaszadə AZAL klubunun rəsmi şəxsini bilərəkdən vurduğuna görə 12 ay yarışlardan kənarlaşdırılıb (maddə 37.1).

 

“İnter” PİK klubuna daxili nizam-intizam qaydalarına əməl  edilməsi haqqında xəbardarlıq olunub.

Tarix: 22 Noyabr [18:20]
Oxunub: 354 dəfə
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Fevral 2017
24  Fevral 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio