"Qəbələ"ni məyus edən futbolçu turun rəmzi komandasında FOTO

12:50 - 25 Noyabr 2016

Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, UEFA turun rəmzi heyətini müəyyənləşdirib. "Qarabağ" və "Qəbələ"nin heç bir futbolçusu simvolik heyətə düşə bilməyib.

 

"Qəbələ"yə qol vuran "Anderlext"in yarımmüdafiəçisi Yuri Tilemans rəmzi heyətə düşməyi bacarıb.

 

Qapıçı: Stefan Ruffye ("Sent-Etyen")

 

Müdafiəçilər: Kosta Namoynesu ("Sparta"), Martin Şkrtel ("Fənərbaxça"),  Dario Srna ("Şaxtyor" Donetsk)
 

Yarımmüdafiəçilər: Yevgeni Konoplyanka ("Şalke"), Yuri Tilemans ("Anderlext"), Kostas Fortunis ("Olimpiakos"), Donni van de Bek ("Ayaks")
 

Hücumçular: Ueyn Runi ("Mançester Yunayted"), Arits Aduris ("Atletik" Bilbao), Edin Ceko ("Roma")

 

 

Xəbər xətti