Mario Balotelli 3 oyunluq sıradan çıxdı

16:28 - 26 Noyabr 2016

“Nitsa”nın hücumçusu Mario Balotelli növbəti 3 oyunda komandasına kömək edə bilməyəcək.

 

Sportal.az xəbər verir ki, bu barədə komandanın baş məşçisi Lusyen Favre məlumat verib verib:
 
“Balotelli qarşıdakı 3 oyununu buraxmalı olacaq. O, ən azı 10 gün yaşıl meydanlardan kənarda qalacaq".
 
Qeyd edək ki, Balotelli bir neçə gün öncə "Şalke" - "Nitsa" matçında da iştirak etməmişdi. İtaliyalı forvard cari mövsümdə “Nitsa”nın heyətində bütün turnirlərdə meydana çıxdığı 9 oyunda 7 qola imza atıb.

 

Xəbər xətti