"Leyptsiq" rekorda imza atdı

18:18 - 26 Noyabr 2016

Bundesliqada cari mövsüm məğlubiyyətsiz irəliləyən debütant “Leyptsiq”  Almaniya futbolunun tarixinə düşüb.

 

Sportal.az xəbər verir ki, Bundesliqanın 12-ci turunda “Frayburq” üzərində qazanılan qələbə (4:1) rekordla əlamətdar olub. Belə ki, “Leyptsiq” Bundesliqada debüt ilində ardıcıl 12 oyun uduzmayan ilk Almaniya klubu olub.

 

Qeyd edək ki, 12 turdan sonra 9 qələbə qazanan və 3 oyunda heç-heçə edən “Leyptsiq”  30 xalla liderdir. 

Xəbər xətti