"Bavariya"da yeni müqavilə

15:16 - 28 Noyabr 2016

Bavariya" fransız üzvü Frank Riberi ilə yeni müqavilə imzalayıb.

 

Sportal.az xəbər verir ki, Almaniya nəhəngi 33 yaşlı yarımmüdafiəçinin cari mövsümün sonunda yekunlaşacaq olan müqaviləsini daha bir il uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Klubun prezidenti Karl Haynz Rummeniqqe Riberi daha bir il "Bavariya" forması geyinəcəyi üçün sevincli olduqlarını dilə gətiib.

 

Qeyd edək Riberi "Bavariya" ilə Çempionlar Liqası çempionu, UEFA Superkuboku qalibi olub, FİFA Klublar dünya kubokunu qazanıb. 6 dəfə isə Bundesliqanın qızıl medalını boynundan asıb.

Xəbər xətti