Adil Şükürov: "Qol fürsətlərindən yararlana bilmədik"

19:27 - 28 Noyabr 2016

Azərbaycan Premyer Liqasının 13-cü turunda “Zirə” evdə “İnter”lə 1 - 1 hesablı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Adil Şükürov matçdan sonra oyunla bağlı bunları deyib:

 

“İlk növbədə, dünyasını dəyişmiş futbolçu Şəhriyr Xəlilovun ailəsinə başsağlığı verirəm.

 

O ki, qaldı oyuna, bu gün pis oynamadıq. Ancaq bəzi səhvlərimiz oldu. Qol fürsətlərindən yararlana bilmədik. Bu səhvlər üzərində işləyərək, düzəltməyə çalışacağıq”.

Xəbər xətti