Qəzaya uğrayan təyyarədə "Xəzər Lənkəran"ın sabiq futbolçusu da olub

Braziliyada baş verən təyyarə qəzasından ölən futbolçular arasında “Xəzər Lənkəran”ın sabiq oyunçusu da var.

 

Sportal.az xəbər verir ki, bu 2014/2015-ci illərdə Lənkəran klubunda çıxış etmiş Uilyam Tyaqodur. 

 

“Sambaçı” son olaraq “Şapokoense”də oynayıb. Məhz o da “Atletiko Nasional”la oyun üçün səfərə yollananlar arasında olub.

 

30 yaşlı müdafiəçi "Xəzər Lənkəran"da 29 oyuna 2 qol vurmuşdu.

 

Qeyd edək ki, artıq qəzaya uğrayan təyyarədən iki futbolçu sağ çıxıb. Qapıçı Danilo Padilha qəzadan xəsarətsiz yaxa qurtarıb. Xilas olunan müdafiəçi Alan Ruşel isə müxtəlif bədən xəsarətləri ilə dərhal xəstəxanaya yerləşdirilib.

Tarix: 29 Noyabr [11:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 İyul 2017
25  İyul 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio