"Zirə"nin itkiləri

12:52 - 29 Noyabr 2016

"Zirə" Premyer Liqanın 13-cü turunda doğma meydanda "İnter"lə 1:1 hesablı heç-heçə edib.
 
Sportal.az xəbər verir ki, "qartallar"ın heyətində 2 futbolçu sarı vərəqə limiti doldurub. Bunlar Vüqar Mustafayev və paraqvaylı Sezar Meza Kollidir. Onlar 14-cü turda "Sumqayıt"a qarşı oynamayacaqlar.
 
 

Vüqar Mustafayev cari mövsümdə 2-ci dəfə cəzalı duruma düşüb. Gənc futbolçu bu mövsüm 8 dəfə sarı vərəqə ilə cəzalanıb.

 

Xəbər xətti