Prosineçki "Qarabağ" dedi

16:34 - 29 Noyabr 2016

Azərbaycan Premyer Liqasının 13-cü turunun mərkəzi qarşılaşmasında "Qarabağ" doğma meydanda "Qəbələ"ni qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, maraqla gözlənilən bu oyun haqqında milli komandamızın baş məşqçisi Robert Prosineçki də danışıb. Ölkəsinin mətbuatına açıqlama verən xorvatiyalı mütəxəssis matçla bağlı proqnozunu bildirb. O, "Qarabağ"ın qələbə qazanacağına inandığını deyib:

 

"Obyektiv yanaşsaq, "Qarabağ"ın heyətindəki yerli futbolçular daha yüksək səviyyəyə malikdir. Fikrimcə, bu komanda qalib gələcək. Hesab? Məncə, 1:0 olacaq".

Xəbər xətti