“Qarabağ”ın rəqibi baş məşqçisini yola salır

19:18 - 29 Noyabr 2016

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan Yunanıstanın PAOK klubunda baş məşqçi dəyişikliyi gözlənilir.

 

Sportal.az xəbər verir ki, ölkə çempionatında komandanın uğursuz çıxışı Vladimir İviçin baş məşqçi postundan gedişinə səbəb ola bilər.

 

9 turdan sonra aktivinə 11 xal yazan Yunanıstan təmsilçisi hazırda turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.  Nəticələrdən razı qalmayan klub rəhbəri serbiyalı mütəxəssisi Kiyev “Dinamo”sunun çalışdırıcısı Sergey Rebrovla əvəzləməyi düşünür.  

 

Xəbər xətti