Premyer Liqanın 13-cü turunda neçə azarkeş qeydə alındı?

10:27 - 30 Noyabr 2016

Azərbaycan Premyer Liqasının 13-cü turu üçün azarkeş sayı məlum olub.

 

Sportal.az xəbər verir ki, turda ən çox azarkeş Gəncə şəhər stadionunda qeydə alınıb. “Kəpəz”in “Neftçi”ni 2:0 hesabıyla məğlub etdiyi qarşılaşmanı 8350 tamaşaçı tribunalardan izləyib.

 

Suraxanıda, “Azərsun Arena”da keçirilən turun mərkəzi oyunu - “Qarabağ” - “Qəbələ” qarşılaşmasında (2:1) isə 3800 azarkeş qeydə alınıb.

 

Turun antirekordu Şüvəlanda olub. “AZAL Arena”da baş tutan AZAL - “Sumqayıt”matçını (1:1) cəmi 150 tamaşaçı izləyib. “Zirə” və “İnter” arasında birincilərin meydanında keçirilmiş oyunda (1:1) isə 1100 tamaşaçı qeydə alınıb.

 

Ümumilikdə, turun 4 oyununu 13400 azarkeş izləyib ki, bu da, hər oyuna orta hesabla 3350 tamaşaçı deməkdi.

 

Xəbər xətti