Azərbaycan kuboku: 2 matç canlı yayımda

19:19 - 1 Dekabr 2016

Azərbaycan kubokunda 1/8 final mərhələsinə sabah start veriləcək.

 

Sportal.az xəbər verir ki, bu mərhələsin qarşılaşmaları iki gün ərzində baş tutacaq. 1/8 finalın iki görüşü televiziya vasitəsilə tamaşaçılara canlı olaraq təqdim olunacaq.

 

Belə ki, azarkeşlər "İnter" - "Qaradağ Lökbatan" və "Qarabağ" - "Səbail" matçlarını CBS Sport kanalından izləyə biləcəklər.

 

2 dekabr

"İnter" – "Qaradağ Lökbatan"

 

3 dekabr

"Qarabağ" – "Səbail"

 

Xəbər xətti