"Robben istəsə, ona yeni müqavilənin necə bağlandığını öyrədərəm"

18:54 - 1 Dekabr 2016

Fransa millisinin futbolçusu Frank Riberi “Bavariya” ilə müqaviləsi bu mövsümün sonunda bitəcək komanda yoldaşı Aryen Robben haqqında danışıb. 

 

Sportal.az xəbər verir ki, fransız oyunçu Robbenin komandadan ayrılamamasını istəyir: 

 

“Aryen “Bavariya” üçün çox vacib futbolçudur. Bizim onun kimi oyunçulara ehtiyacımız var. Komandamızın əsasını təcrübəli futbolçular təşkil edir. Əgər o istəsə, mən ona yeni müqavilənin necə bağlandığını öyrədərəm”. 

 

Onu da qeyd edək ki, Frank Riberi ötən günlərdə klubla müqaviləsini 2018-ci ilə qədər uzadıb. 

Xəbər xətti