Tərlan Əhmədov: "Bunlar bizim üçün çox başağrı ola bilər"

18:26 - 2 Dekabr 2016

Azərbaycan kubokunun 1/8 fina mərhələsində AZAL "Rəvan” 4:0 hesabı ilə məğlub edib.

 

Sportal.az Futbol11.az saytına istinadən xəbər verir ki, oyundan sonra "təyyarəçilər”in baş məşqçisi Tərlan Əhmədov fikirlərini bildirib: 
 
"Komanda üçün çətin oldu. Belə oyunlara hazırlaşmaq motivasiya baxımından çətin olur. Qələbələr qazanmaq bizə çox vacibdi. Hər-halda bu qələbə bizim üçün dönüş nöqtəsi ola bilər. Ümumulikdə, oyundan razı qalmadım. Düzdü, qələbə qələbədi. Amma belə oynamaqla heç nə əldə etmək olmaz”.
 
Əhmədov bildirib ki, komanda oyuna çox arxayınlıqla çıxıb: "Mən həmişə demişəm ki, rəqibə hörmətlə yanaşmaq lazımdı. İstər "Rəvan”, istər "Qarabağ” olsun, rəqibə hörmətlə yanaşmaq lazımdı. Bunu dəfələrdə komandaya demişdim. Bir daha deyirəm, belə arxayınlaşmaq olmaz. Bunlar bizim üçün çox başağrı ola bilər. Futbol arxayınlığı və rəqibə hörmətsizliyi sevmir”.
 
Tərlan Əhmədov matçın gedişində məcburi dəyişiklik edib və qapıçı Rəşad Əzizlinin əvəzinə Aqil Məmmədovu meydana daxil edib. Mütəxəssis bildirib ki, Rəşadın ciddi zədəsi var: "Rəşadın ağır zədəsi var. Həkimə tapşırıq verdim ki, bütün zədəlilər bərpa olunsun”. 
 
Çalışdırıcı komandaya yeni cəlb olunan Sadio Tounkara haqda da danışıb: "Uzun müddətdi futboldan kənardadı. Deməzdim ki, yaxşı vəziyyətdədi. Ancaq onun toparlanacağına inanıram. Çox güman ki, o, "Qəbələ” ilə oyunda meydanda olacaq”.

Xəbər xətti