Azərbaycan kubokunun 1/8 fina mərhələsində AZAL "Rəvan” 4:0 hesabı ilə məğlub edib.
Sportal.az Futbol11.az saytına istinadən xəbər verir ki, oyundan sonra "Rəvan”ın məşqçisi Anar Vəliyev fikirlərini bildirib:
"11-12 futbolçunu güclə tapıb, AZAL-la oyuna gəlmişik. Komandada durum çox pisdi. Artıq "Bayıl Arena”da yox, öz bazamızda məşq edirik. Bizim bazada məşq etmək, beton üzərində məşq etmək deməkdi. AZAL-a oyuna qələbə istəyi ilə çıxsaq da, alınmadı”.
Vəliyev bildirib ki, bərbad durumda olan komandanın ikinci dövrədə oynayıb-oynamayacağı hələlik bəlli deyil: "Hələ heç bir şey məlum deyil. Amma nəsə olmalıdı. Ümidlə gözləyirik".
Mütəxəssis sonda qeyd edib ki, komandanın baş məşqçisi Bəhmən Həsənovun səhhətində problem var. O, bu gün məhz bu səbəbə görə, məşqçilər korpusunda yer almayıb.