Ruslan Abışov: "İndi bu barədə danışmağın yeri yoxdu" MÜSAHİBƏ

12:12 - 3 Dekabr 2016

Azərbaycan kubokunun 1/8 final mərhələsində "İnter” öz meydanında "Qaradağ Lökbatan”ı 5:1 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "bankirlər”in 2 qolunun müəllifi Ruslan Abışov əməkdaşımızın suallarını cavablandırıb: 
 
- Kubokda ilk matçımız idi. İlk hissədə hiss olunurdu ki, motivasiya istənilən səviyyədə deyil. Amma yaxşı ki, erkən qol vurduq. Bu, bizdə özünəmi geri qaytardı.Çünki belə komandalara qarşı oyunda erkən qol vurmaq çox vacibdi. Belə olan haqlda oyun da yaxşı gedir, rəqibin müdafiəsində boşluqlar da yaranır. Birinci hissə yaxşı oynamasaq da, ikinci hissədə öz oyunumuzu tapdıq. Artıq bu oyunu unutmalı və "Kəpəz”lə matça hazırlaşmalıyıq. 
 
- Birinci divizion klubundan qol buraxmaq üzücü olmadı?

- Xeyr. Bu, normaldı. Komanda 5-ci qoldan sonra arxayınlaşmışdı. Əsas qələbə qazanmaqdı. 
 
- Son oyunlarda məhsuldarlığın ilə seçilirsən. Deyəsən, hər vurduğun qol həvəsi artırır...
- Maşallah, maşallah (gülür). Əlbəttə, burda tək mənim yox, komanda yoldaşlarımın əziyyəti var. Kimin qol vurması önəmli deyil. Əsas komandanın qələbə qazanması, komandada atmosferin yaxşı olmasıdı. Bu, komandada ən vacib məqamlardan biridi. 
 
- Bu oyunda Premyer Liqa və divizion klubları arasındakı fərq hiss olunmadı?
- Deməzdim ki, belədi. Çünki "Qaradağ Lökbatan” taktiki cəhətdən güclü oynayırdı. Rəqib bütün mövqeləri yaxşı  bağlamağı bacarırdı. Sadəcə, ikinci yarıda vurduğumuz ardıcıl qollar rəqibi "sındırdı”. Məncə, "Qaradağ Lökbatan” istənilən Premyer Liqa klubuna başağrı ola bilər. 
 
- Növbəti mərhələdəki rəqibiniz "Kəpəz” və "Şahdağ” ola bilər. Hansı komanda ilə oynamaq istəyərdiz?
- Düzdü, nə olacağını bilmək olmaz. Məncə,növbəti mərhələdəki rəqibimiz "Kəpəz” olacaq. 
 
- Qış transfer dönəmində "Neftçi”yə transfer olunacağın deyilir. Bu məsələyə son qoymaq istəyirsənmi?
- İndi bu barədə danışmağın yeri yoxdu. Qarşıda çətin oyunlarımız var. Çətin oyunlarımızdan sonra "Neftçi” haqda verilən suallara cavab verə bilərəm. Hazırda fikrimi "İnter”in oyunlarına cəmləmişəm. (Futbol11.az)

 

Xəbər xətti