Konte: "İlk ilim mənə çoxlu təcrübə qazandırır"

14:14 - 3 Dekabr 2016

"Çelsi"nin çalışdırıcısı Antonio Konte "Mançester Siti" ilə oyundan əvvəl açıqlama verib. 

 

Sportal.az xəbər verir ki, italyan çalışdırıcı hazırda "Mançester Siti"nin aparıcı futbolçusu və bir vaxtlar "Çelsi"də forma geyinən belçikalı yarımmüdafiəçi Kevin De Brüyne haqqında da danışıb: 


"De Brüyne "Çelsi"də də çıxış edib və düşünürəm ki, həqiqətən də əla futbolçudur. Hazırda başqa komandada oynamağı təəssüf doğurur və bizim rəqibimiz olan "Mançester Siti"nin heyətindədir. Oyuna gəldikdə isə komandamızda zədəli futbolçu yoxdur. Bu matça qədər "Liverpul, "Mançester Yunayted", "Arsenal" və "Tottenhem" kimi klublarla qarşılaşmışıq. Düşünürəm ki, liqada güclü komandalar çoxdu və onlarla mübarizə aparmaq çətindir. İngiltərə futbolunda ilk ilim mənə çoxlu təcrübə qazandırır".

 

Qeyd edək ki, "Mançester Siti" - Çelsi" matçı Bakı vaxtı ilə 16:30-da start götürəcək.

Xəbər xətti