Mourinyo qərarını dəyişir: "O, komandada qala bilər"

14:55 - 3 Dekabr 2016

Joze Mourinyo "Mançester Yunayted"də heyətə düşməkdə çətinlik çəkən Bastian Şvaynştaygerin gələcəyi haqda danışıb.

 

Sportal.az xəbər verir ki, komandanın çalışdırıcısı Joze Mourinyo bu haqda belə danışıb: 

 

"Şvaynştayger komandamızda qala bilər. O, bizim dinamikanı və fəlsəfəmizi başa düşür. Bastian həm də əzmkardır, çətinliklərdən qorxmur. Mən əzmkar insanları sevirəm. Bizim klubda hər kəs xoşbəxtdi. Çünki hər şeyə peşəkar tərəfdən yanaşırıq. İlk vaxtlar komandaya uyğunlaşmaq çətin olduğu üçün o çox çalışırdı. Sonda isə bacardı. Mövsümün əvvəlində onun başqa bir kluba transfer olunmasını istədim. Ancaq Şvaynştayger burda qalmağa üstünlük verdi. Son görüşdə meydana çıxmağa layiq idi".

 

Xatırladaq ki, Şvaynştayger birr müddət öncə "Manester Yunayted”dən getdikdən sonra Avropada futbol oynamayacağını açıqlayıb.

 

Xəbər xətti