Elnur Cəfərova ehtiyac duyulmadı

12:58 - 4 Dekabr 2016

Xorvatiya ikinci liqasında 18-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Elnur Cəfərovun şərəfini qoruduğu "Duqopolye" doğma meydanda Zaqreb "Dinamo"sunun ikinci komandası ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 1:0.


Elnur bu matçı ehtiyat oyunçular skamyasından izləyib.

 

Qeyd edək ki, "Duqopolye" geridə qalan turlarda topladığı 28 xalla 4-cü pillədə qərarlaşıb.

Xəbər xətti