"Turan Tovuz" və "Zirə" xeyriyyə aksiyasında iştirak etdi FOTOLAR

13:50 - 4 Dekabr 2016

Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində başa tutan "Turan Tovuz" - "Zirə" oyunundan öncə, xəstəlikdən əziyyət çəkən 11 yaşlı Uğur Hüseynəliyevin müalicəsinə yardım məqsədi ilə "Uğur bizim olsun!" adlı xeyriyyə aksiyası təşkil olunub.

 

Sportal.az xəbər verir ki, Uğur komandalarla birlikdə meydana çıxıb tamaşaçıları salamladı. "Turan Tovuz" və "Zirə" klubları ilə yanaşı stadiona toplaşan azarkeşlər də aksiyada fəal iştirak ediblər.

 

Qeyd edək ki, "Zirə" 1:0 hesabı ilə qalib gələrək 1/4 finala adlayıb.

 

 

Xəbər xətti