"Qarabağ" - "Fiorentina" matçının biletləri satışa çıxarılır

14:44 - 4 Dekabr 2016

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ” qrup mərhələsinin VI turunda İtaliyanın "Fiorentina” klubunu qəbul edəcək.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, matçın biletləri sabahdan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışa çıxarılacaq. 
 
Biletlərin qiyməti isə sektorlar üzrə dəyişəcək:
 
1-7 və 22-27 nömrəli sektorlar - 1 AZN 
8-10 və 19-21 nömrəli sektorlar - 2 AZN 
11,12 və 17, 18, 29, 38 nömrəli sektorlar - 5 AZN 
13 və 16 nömrəli sektorlar - 10 AZN 
14 və 15 nömrəli sektorlar - 20 AZN 
VİP - 50 AZN  

 
Qeyd edək ki, "Qarabağ” – "Fiorentina” matçı dekabrın 8-də keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyun saat 20:00-da başlayacaq.

 

Xəbər xətti