Azərbaycanlı futbolçu "Spartak"da

“Lokomotiv”in əslən azərbaycanlı futbolçusu Aleksandr Səmədov karyerasını Moskvanın digər klubu “Spartak”da davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi ilə 2.5 mövsümlük müqavilə imzalanması nəzərdə tutulub.


Müqavilənin şərtlərinə əsasən, Səmədov ilinə 1.8 milyon avro qazanacaq. “Lokomotiv”də isə futbolçu bir qədər çox – mükafatlar da daxil olmaqla ilinə 2 milyon avro gəlir əldə edir.

 

Qeyd edək ki, “Lokomotiv”in baş məşqçisi Yuri Syomin Səmədovu əvəzedici heyətə göndərib.

 

Əlavə edək ki, “dəmiryorçular”ın yarımmüdafiəçisi Petar Şkuletiç İntagram hesabından Səmədovla şəklini paylaşaraq onunla vidalaşıb və gələcək karyerasında uğurlar arzulayıb.

Tarix: 5 Dekabr [10:44]
Oxunub: 236 dəfə
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Fevral 2017
21  Fevral 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio