"Fiorentina"nın Bakıya gələcəyi tarix açıqlandı

14:14 - 5 Dekabr 2016

Ölkəmizi Avropa Liqasında təmsil "Qarabağ" qrup mərhələsinin sonuncu matçında "Fiorentina"nı qəbul edəcək.

 

Sportal.az-ın məlumatına görə, artıq İtaliya klubunun Bakıya hansı tarixdə gələcəyi məlum olub.

 

Florensiya təmsilçsi oyundan bir gün öncə Bakıda olacaq. Əldə etdiyimiz məlumata görə, qonaqlar üçüncü gün saat 16:30-da Heydər Əliyev adına hava limanına enəcək. Səfər müddətində İtaliya təmsilçisi "Hilton" otelində qalacaq. "Qarabağ" - "Fiorentina" matçında qonaqları 100-150 azarkeşin dəstəkləyəcəyi gözlənilir. Bu barədə məlumatı saytımıza açıqlamasında Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov verib.

 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.

Xəbər xətti