"Borussiya" "Real" qarşısına ciddi itkiylə çıxacaq

14:40 - 6 Dekabr 2016

Dortmund “Borussiya”sı ÇL-nın qrup mərhələsinin VI turu çərçivəsində "Real"la matça ciddi itki ilə çıxacaq.


Sportal.az xəbər verir ki, komandanın əsas üzvlərindən olan Mario Qötse Madrid klubuna qarşı oynamayacaq. 24 yaşlı yarımmüdafiəçi dizindəki zədəyə görə komandasına kömək edə bilməyəcək.


Qeyd edək ki, "Real" - “Borussiya” matçı qrup liderini müəyyənləşdirmək baxımından vacib görüş hesab edilir.

 

Xəbər xətti