İtaliya nəhəngi Droqbaya təklif göndərdi

18:16 - 6 Dekabr 2016

Mövsüm başa çatdıqdan sonra Kanadanın "Monreal İmpekt" klubundan ayrılacaq Didye Droqba karyerasını İtaliyada davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı forvardın xidmətində "Napoli" maraqlıdı. Neapollular aparıcı hücumçularından olan Arkadiuş Milikin uzunmüddətli sırandan çıxmasına görə onun yoxluğunu fil dişi sahilli futbolçuyla doldurmağı planlaşdırır.

 

Seria A təmsilçisi artıq təcrübəli forvarda rəsmi təklif də göndərib. Droqbanın bu təklifə hansı cavab verəcəyi maraqla gözlənilir.

Xəbər xətti