"Qarabağ"ın rəqibi gəlir FOTOLAR

12:02 - 7 Dekabr 2016

Ölkəmizi Avropa Liqasında təmsil "Qarabağ" qrup mərhələsinin sonuncu matçında "Fiorentina"nı qəbul edəcək.
 
Sportal.az-ın məlumatına görə, Florensiya təmsilçisi Bakıya yola düşüb. "Bənövşəyilər" saat 16:30-da Heydər Əliyev adına hava limanına enəcək. Səfər müddətində İtaliya təmsilçisi "Hilton" otelində qalacaq və oyundan sonra İtaliyaya qayıdacaq.
 
"Qarabağ" - "Fiorentina" matçında qonaqları dəstəkləmək üçün 99 azarkeş İtaliyadan Bakıya gələcək.
 
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma 8 dekabr, saat 20:00-da start götürəcək.

 

Xəbər xətti