"Fiorentina" üçün Bakıya 120 azarkeş gəlir

17:05 - 7 Dekabr 2016

"Qarabağ" Avropa Liqası qrup mərhələsinin son turunda doğma meydanda "Fiorentina"nı qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, Florensiya təmsilçisi bu qarşılaşmada dəstəksiz qalmayacaq. Belə ki, İtaliyadan "Fiorentina"nı dəstəkləmək üçün azarkeşlər ölkəmizə səfər edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda "bənövşəyilər"i 120 azarkeş dəstəkləyəcək.

 

Qeyd edək ki, "Qarabağ" - "Fiorentina" oyuna sabah saat 20:00-da start götürəcək.

Xəbər xətti