Balotelli tüpürmədiyi üçün 1 milyon qazandı

10:27 - 8 Dekabr 2016

“Nitsa”nın hücumçusu Mario Balotelli maraqlı faktla növbəti dəfə gündəmi zəbt edib.

 

Sportal.az xəbər verir ki, "Super Mario"nun müqaviləsindəki bənd mətbuata sızıb. Belə ki, hücumçunun “Liverpul”da çıxış etdiyi zaman heç kimə tüpürməyəcəyi halda əlavə olaraq 1 milyon funt-sterlinq bonus alacağı barədə müqaviləsində bənd yer alıb.


Balotelli müqavilənin şərtlərini yerinə yetirərək, "Liverpul"da çıxış etdiyi dönəmdə heç kimə tüpürməyib.


Xatırladaq ki, 26 yaşlı forvardı “Liverpul”u“Nitsa”ya bu yay dəyişib.

 

Xəbər xətti