Obameyanq: "Real" forması geyəcəyimi söz verdim"

16:18 - 8 Dekabr 2016

Dortmund "Borussiya"sının futbolçusu Pyer-Emerik Obameyanq uşaqlıqdan "Real"ın oyunlarını izlədiyini və Huqo Sançesə oxşamaq istədiyini bildirib.

 

Sportal.az xəbər verir ki, qabonlu hücumçunun Almaniya klubundan ayrılacağı gözlənilir. "L'Equipe" nəşrinə verdiyi açıqlamada 27 yaşlı forvard "kral klubu"nda forma geymək istədiyini bildirib:

 

"Uşaq olanda "Real"da oynamaq istəyirdim. Huqo Sançesin videolarını izləyib, ona bənzəməyə çalışırdım".

 

Babasına bir gün "Real" formasını geyəcəyini söz verdiyini söyləyən Obameyanq "2014-cü ildə babam ölmədən öncə ona "Real" forması geyəcəyimi söz verdim. Avilada, yəni Madriddən 110 km məsafədə yaşayırdı. Bu qarışıq bir vəziyyətdi, amma həmişə beynimdə bu fikir var" deyə fikirlərini yekunlaşdırıb.

Xəbər xətti