Fransa klubunda baş məşqçi təyinatı

13:59 - 9 Dekabr 2016

Fransa I Liqasında çıxış edən "Nant" klubunun yeni baş məşqçisi bəlli olub.

 

Sportal.az xəbər verir ki, komandanı Serjiu Konseysau çalışdıracaq. 42 yaşlı məşqçi ilə iki illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, portuqaliyalı mütəxəssis "Olyanensi", "Akademika", "Braqa" və "Vitoriya" klublarını da çalışdırıb.

Xəbər xətti