Təxirə salınan oyun bu gün keçiriləcək

14:30 - 9 Dekabr 2016

Bu gün Avropa Liqasının qrup mərhələsində son oyun keçiriləcək.


Sportal.az xəbər verir ki, dünən keçirilməli olan, ancaq güclü duman səbəbindən təxirə salınan “Sassuolo” - “Genk” matçı bu gün baş tutacaq. “Sassuolo”nun artıq növbəti mərhələyə vəsiqə şansı qalmayıb. 1/16 finala vəsiqəni təmin etmiş “Genk” isə İtaliyadakı oyunda məğlub olmasa, qrup mərhələsini lider kimi başa vuracaq.

 

Qarşılaşma Bakı vaxtıyla saat 15:30-da başlayacaq.

 

Avropa Liqası, qrup mərhələsi
9 dekabr

 

15:30 "Sassuolo" (İtaliya) - "Genk" (Belçika)

 

Xəbər xətti