"Fiorentina"nın futbolçusu: "Sübut etdik ki, PAOK-la matç bir xəta idi"

UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda “Qarabağ” üzərində 2:1hesablı qələbə qazanan İtaliyanın “Fiorentina” klubunun yarımmüdafiəçisi Matias Veçino oyundan sonra fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, o, bu qələbənin onlara motivasiya verdiyini bildirib:

 

“Qələbə və vurduğum qola görə şadam. Hesabı açmağım, komandaya köməklik etdi. Digər qolu vuran Kyeza isə gənc və perspektivli oyunçudu. İnanıram ki, ardını gətirə biləcək. Çətin oyun olacağını bilirdik, çünki rəqib qələbə üçün oynayacaqdı. Təəssüf ki, PAOK-la qarşılaşmada məğlub olub, şanslarımızı son tura saxlamışdıq. Ona görə də məcbur olub bu gün əsas heyətlə meydana çıxdıq. Hava soyuq olmasına baxmayaraq, azarkeşlərin çox möhtəşəm dəstəyi var idi. Qələbə bizim üçün vacib idi. Həm turu adladıq, həm də növbəti matçlarımız üçün motivasiya qazandıq. Həmçinin, sübut etdik ki, PAOK-la matç bir xəta idi”.

 

Qeyd edək ki, “Qarabağ”la “Slovan”ın mərhələ adlaya bilmədiyi qrupdan “Fiorentina” və PAOK pley-offa vəsiqə qazanıb.

Tarix: 9 Dekabr [17:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Oktyabr 2017
19  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio