Təxirə salınmış oyun baş tutdu

18:18 - 9 Dekabr 2016

Avropa Liqasının qrup mərhələsinin son turundan təxirə salınmış oyunu bu gün keçirilib.

 

Sportal.az xəbər verir ki, qrupda heç bir iddiası qalmayan "Sassuolo" növbəti mərhələyə vəsiqəni təmin etmiş Belçikanın "Genk" klubunu qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Belçika təmsilçisi qələbə sayəsində qrupu lider başa vurub.

 
Qeyd edək ki, "Sassuolo"   - "Genk" oyunu əlverişsiz hava şəraiti səbəbindən təxirə salınmışdı.

Xəbər xətti