"Fiorentina"nın futbolçusu: "Qarabağ" qrupdan çıxmağa layiq idi"

19:00 - 9 Dekabr 2016

"Layiqli qələbə qazandıq. Sərgilədiyimiz oyundan tam razıyıq".

 

Sportal.az xəbər verir ki, bu sözləri İtaliyanın "Fiorentina" klubunun futbolçusu Maksimiliano Oliveyra Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda "Qarabağ"a qarşı baş tutan matçdan sonra (1:2) deyib. 

 

İtaliya mətbuatına danışan uruqvaylı futbolçu "Qarabağ"ı tərifləyib. O Ağdam klubunun növbəti mərhələyə layiq olduğunu deyib: "Hava şəraiti əlverişli olmasa da, "Qarabağ" dinamik futbol sərgiləyirdi. Düzdü, "Qarabağ"ın göstərdiyi oyuna görə meydanı tamamən əlimizə ala bilmədik. Rəqibin qələbə qazanmaq üçün çox şansı var idi. Sadəcə, biz əlimizə düşən imkanlardan daha düzgün yararlana bildik. Mənim fikrimə qalsa, "Qarabağ" da, PAOK da mərhələ adlamağa layiq idi. Sadəcə, iki komandanın mərhələ adlaması, "Qarabağ"ın yollarını bağladı".

 

Qeyd edək ki, “Fiorentina” 13, PAOK isə 10 xalla növbəti mərhələyə adlayıbsa, 7 xal toplayan “Qarabağ” qrupu 3-cü pillədə başa vurub.

 

Xəbər xətti