Avroliqanın finalının keçiriləcəyi stadion məlum oldu

00:04 - 10 Dekabr 2016

2018-ci ildə Avropa Liqasının finalının hansı stadionda baş tutacağı məlum olub.

 

Sportal.az xəbər verir ki, qitənin ikinci dərəcəli turnirində qızıl medallar uğrunda həlledici oyun Fransanın "Park Olimpik Lionne" stadionunda keçiriləcək.

 

2016-cı ilin yanvarından istifadəyə verilən arenanın tutumu 59186 nəfərlikdi. Möhtəşəm stadion tikintisinə 450 milyon avro xərclənilib. AÇ-2016-ın seçmə mərhələsinin 6 oyunu məhz bu stadionda keçirilib. 

 

Qeyd edək ki, Fransanın "Lion" klubu rəqiblərini ı sözügedən arenada qəbul edir.

Xəbər xətti